Niyazi Bayramov Tapşırıqların İcrası İlə Bağlı Ərazilərə Baxış Keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun verdiyi tapşırığa uyğun olaraq şəhərin müxtəlif ərazilərində abadlıq, təmir-bərpa və yaşıllaşdırma işləri davam etdirilir.
Şəhər rəhbəri görülən işlərin gedişi ilə yerində tanış olmaq məqsədilə Gəncənin Xan Bağına, Nizami Gəncəvi Məqbərəsinə, Cavad xan küçəsinə, Şah Abbas Cümə Məscidinə və Cavad xan türbəsinə baxış keçirib.
Ərazilərdə aparılan işlərlə tanış olan Niyazi Bayramov yay mövsümü ilə əlaqədar yaşıllıq zolaqlarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Şəhər rəhbəri ağac və gül kollarına aqrotexniki qulluğun vaxtında həyata keçirilməsi, suvarma işlərinin mütəmadi aparılması, eləcə də ərazilərin səliqə-sahmanının qorunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Xan Bağında olduğu zaman Niyazi Bayramov Şəki şəhərində keçiriləcək Respublika Gənclər Debat Forumunda iştirak edəcək universitet tələbələri ilə də görüşüb. Bildirilib ki, tələbələr "Şəhərsalma və memarlıq ili" çərçivəsində təşkil olunacaq forumda Gəncəni təmsil edəcəklər. Şəhər rəhbəri gənclərlə söhbət zamanı onlara öz tövsiyələrini verib, forumda uğurlu çıxış edəcəklərinə əminliyini ifadə edərək müvəffəqiyyət arzulayıb.
Daha sonra Niyazi Bayramov müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri ilə görüşüb, onların müraciət və təkliflərini dinləyib. Görüş zamanı qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.







Ganja Şura Haberleri
- 28-09-202616:40 Gəncədə 'turizmdə Əməkdaşlıq Perspektivləri' Mövzusunda İşgüzar Görüş Keçirilib
- 28-09-202614:14 Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

