Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
Gəncə Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxış edərək ağsaqqalların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və müxtəlif nəsillər arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rolundan bəhs edib.
Sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, hesabat dövründə gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, şəhid ailələri və qazilərlə, eləcə də təhsil müəssisələrində tələbə və şagirdlərlə görüşlər keçirilib. Həmçinin şəhərdə mövcud olan bir sıra məsələlərlə bağlı təşəbbüs və təkliflər irəli sürülüb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov çıxışında Gəncə Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, ağsaqqalların cəmiyyətin ictimai-sosial həyatında mühüm rolundan bəhs edib.
Tədbirin davamında Ağsaqqalların cəmiyyət həyatındakı rolundan danışılıb, onların ictimai fəallığının daha da artırılmasının vacibliyini vurğulanıb.
Konfransda, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin 75 illik yubileyi münasibətilə Gəncə şəhəri də daxil olmaqla 12 şəhər və rayon təşkilatı tərəfindən hazırlanmış birgə təbrik ünvanı Bayram Yusifova təqdim edilib.
Sonda Gəncə Şəhər Ağsaqqallar Şurasının fəaliyyətində fərqlənən bir qrup şəxs “Təşəkkürnamə” ilə təltif edilib.
Ganja Şura Haberleri
- 28-09-202614:14 Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib

