Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
24 sentyabr 2026-cı il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.
Konsertdə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edib.
Konsert proqramını Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadə və digər rəsmi şəxslər izləyiblər.
Konsert proqramında F. Tüzünün “Çayda Çıra” və “Çeşməbaşı” balet süitaları, E. İnalın “Anadolu Rapsodisi”, C. Sen-Sansın “İntroduksiya və Rondo-Kapriççio” a-moll, op. 28 əsəri, həmçinin Fikrət Əmirovun “Nəsimi dastanı” faciəvi musiqisi səsləndirilib.
Əsərləri Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov və türkiyəli dirijor Eray İnal idarə ediblər.
Proqramda solist qismində Azərbaycanın Əməkdar artisti, skripka ifaçısı Elvin Hoca Qəniyev çıxış edib.
Azərbaycan və Türkiyənin tanınmış musiqi kollektivlərini bir araya gətirən konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Səsləndirilən əsərlər alqışlarla müşayiət olunub.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

