Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
22 sentyabr 2026 | 14:55

Mülkiyyət hüququnun qorunması mexanizmlərinin izah edilməsi və bu sahədə praktiki biliklərin möhkəmləndirilməsi məqsədilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev mövzunun aktuallığından bəhs edib. Bildirib ki, dövlət qurumlarının fəaliyyətində insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların hüquqlarının təmin edilməsi əsas istiqamətlərdən biridir. Mülkiyyət hüququnun müdafiəsi isə hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və həmin şöbənin təlimçi-eksperti Heydər Əliyev mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Təlim zamanı mülkiyyət hüququnun anlayışı və hüquqi mahiyyəti, onun müdafiə mexanizmləri, həmçinin Avropa Konvensiyasının müvafiq müddəaları barədə ətraflı məlumat verilib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı yanaşmalar və bu sahədə mövcud məhkəmə təcrübəsi iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin praktiki hissəsində müxtəlif hüquqi situasiyalar təqdim olunub, iştirakçılar tərəfindən müvafiq hüquqi yanaşmalar müzakirə edilib. Həmçinin inzibati qərarların qəbulunda qanunvericiliyin düzgün tətbiqinin, qərarların hüquqi və əsaslandırılmış şəkildə hazırlanmasının əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Yekunda Gəncə Şəhər İcra Hakimiyyətinin təlimdə iştirak edən əməkdaşlarına sertifikatlar təqdim olunub.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

