Gəncədə Qanunsuz Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Etdirilir
Gəncə şəhərinin ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində mütəmadi monitorinq və reydlər keçirilir.
Pərakəndə küçə ticarətinin daha çox müşahidə olunduğu ərazilərdə təşkil edilən nəzarət tədbirləri zamanı aşkar olunan qanun pozuntularının aradan qaldırılması məqsədilə qanunvericiliyə uyğun tədbirlər görülür.
Reydlər zamanı küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb, onlara qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib.
Bildirilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt olunmasına, piyadaların sərbəst hərəkətinin məhdudlaşdırılmasına, həmçinin ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Bu kimi halların qarşısının alınması məqsədilə Gəncə şəhərindəki müvafiq orqanların əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir. Şəxsiyyəti müəyyən edilmiş qanun pozucuları barəsində inzibati xəta haqqında protokollar tərtib edilir və qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri tətbiq olunur.
Qeyd edək ki, son monitorinqlər Gəncə şəhərinin Şah İsmayıl Xətai prospekti, Nəriman Nərimanov, Həsən Əliyev, Səbuhi Xasayev küçələri və digər ərazilərində aparılıb. Həmin ünvanlarda ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olunduğu müəyyən edilib və müvafiq tədbirlər görülüb.





Ganja Şura Haberleri
- 28-09-202616:40 Gəncədə 'turizmdə Əməkdaşlıq Perspektivləri' Mövzusunda İşgüzar Görüş Keçirilib
- 28-09-202614:14 Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

