Niyazi Bayramov Şəhərin Bir Sıra Park Və İstirahət Məkanlarına Baxış Keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Bakı Abadlıq Xidməti” MMC-nin və Aparatın məsul əməkdaşları ilə birlikdə Ekoloji Park Kompleksinə, Xan Bağına və şəhərin Cavadxan küçəsinə baxış keçirib.
Məlumat verilib ki, şəhərin parklarında, xiyabanlarında və digər ictimai istirahət məkanlarında mütəmadi olaraq təmizlik, yaşıllaşdırma, mövsümi gül və dekorativ bitkilərə qulluq, ağacların budanması və suvarılması, ot örtüyünün biçilməsi və digər işlər həyata keçirilir. Eyni zamanda, park və istirahət məkanlarında yerləşən oturacaqların, işıqlandırma sistemlərinin, səki örtüklərinin və digər avadanlıqların təmir-bərpası aparılır, şəhər sakinləri və qonaqların rahat istirahətinin təmin olunması məqsədilə abadlıq tədbirləri davam etdirilir.
Məkanlara baxış keçirdikdən sonra şəhər rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Bununla yanaşı, Niyazi Bayramov şəhər sakinləri ilə görüşərək onlarla səmimi söhbət aparıb, müraciət və təkliflərini dinləyib.




















Ganja Şura Haberleri
- 28-09-202616:40 Gəncədə 'turizmdə Əməkdaşlıq Perspektivləri' Mövzusunda İşgüzar Görüş Keçirilib
- 28-09-202614:14 Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

