Gəncə Şəhər Heydər Əliyev Mərkəzində 'türkiyə Ədəbiyyatı' Bölməsinin Rəsmi Açılış Mərasimi Keçirilib
Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsinin rəsmi açılış mərasimi keçirilib. Bölmə Azərbaycan və Türkiyə Respublikasının Mədəniyyət nazirliklərinin birgə həyata keçirdiyi layihə çərçivəsində, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi məqsədilə yaradılıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Antalya Kəpəz Bələdiyyəsi sədrinin müavini Evrim Yalçın, Antalya Şəhər Mərkəzi Kitabxanasının müdiri Oğuzhan Ceylan, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, Kəpəz Bələdiyyəsi Mədəniyyət müdürü Birsen Atmaca, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, həyata keçirilən layihə yalnız kitab nümayişi deyil, eyni zamanda əsrlərə söykənən Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəniyyət birliyinin növbəti təzahürüdür. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 'Bir millət, iki dövlət' fəlsəfəsi və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 'Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir' kəlamı bu gün də iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və mənəvi birliyin əsasını təşkil edir. O da qeyd olunub ki, Mərkəzdə yaradılan yeni bölmə gələcəkdə hər iki qardaş ölkənin ziyalıları, tədqiqatçıları və gəncləri üçün mühüm mütaliə, elmi və mədəni əməkdaşlıq məkanlarından birinə çevriləcək.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinin kitabxanasında yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsi ilə tanış olublar. Burada klassik və müasir türk ədəbiyyatının, eləcə də elmi və bədii əsərlərin seçilmiş nümunələri nümayiş etdirilib.
Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Ganja Şura Haberleri
- 28-09-202616:40 Gəncədə 'turizmdə Əməkdaşlıq Perspektivləri' Mövzusunda İşgüzar Görüş Keçirilib
- 28-09-202614:14 Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

