Xı Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvinin Türk Dilində Nəşr Edilmiş Əsərlərinin Təqdimatı Olub
Bakı Ekspo Mərkəzində keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”dən “Sirlər xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin Türkiyə türkcəsinə tərcümə və nəşri təqdim olunub. Layihə ölkənin Türkiyədəki səfirliyi yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
“Xəmsə”nin orijinaldan türk dilinə tərcüməsi və nəşri ölkənin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır. Mərkəzin direktoru Samir Abbasov Nizami irsinin dünya ədəbiyyatına təsirindən və Azərbaycan dövlətinin bu irsin tanıdılmasına verdiyi diqqətdən danışıb.
Tədbirə moderatorluq edən AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən seçmələr təqdim edib, onun şeirlərini səsləndirib.
Akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və tərcüməçi, professor Nimet Yıldırım çıxış edərək Nizami yaradıcılığının ədəbiyyata verdiyi töhfələri və Türkiyədə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə bildirilib ki, Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur, müxtəlif dillərə tərcümə edilərək dünya oxucularına çatdırılır.






Ganja Şura Haberleri
- 19-06-202612:43 Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

