Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
Azərbaycan nümayəndə heyəti Tacikistan Respublikasının Suğd vilayətində keçirilən XII Beynəlxalq Ticarət və İnvestisiya Sərgisi “Suğd-2026”da iştirak edir.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, işgüzar əlaqələrin qurulması, investisiya imkanlarının təqdim olunması və yeni tərəfdaşlıqların yaradılması məqsədilə təşkil olunan sərgidə Azərbaycanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Azəralüminium MMC-nin satış üzrə direktor müavini Samir Sadıqov təmsil edirlər.
Tədbirin keçirildiyi Xocənd şəhəri ilə Azərbaycanın Gəncə şəhəri qardaşlaşmış şəhərlərdir. İki şəhər arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətləri iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın inkişafına mühüm töhfə verir. Bu baxımdan Gəncə nümayəndələrinin sərgidə iştirakı mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Tacikistan tərəfi ilə bir sıra işgüzar görüşlərin keçirilməsi, iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi, sənaye və investisiya sahələrində qarşılıqlı maraq doğuran layihələrin nəzərdən keçirilməsi nəzərdə tutulur.
Sərginin proqramına ticarət-investisiya forumu, şirkət və regionların təqdimat sessiyaları, B2B formatında işgüzar görüşlər, eləcə də beynəlxalq əməkdaşlığın perspektivlərinə həsr olunmuş müzakirələr daxildir.
“Suğd-2026” sərgisində iştirak Azərbaycan nümayəndələri üçün yeni bazarlara çıxış imkanlarının araşdırılması, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və ölkənin sənaye potensialının beynəlxalq platformada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində iştirakçı ölkələrə xüsusi ehtiram nümayiş olunub. Rəsmi açılış mərasimindən sonra təşkil edilən bədii proqramda hər bir ölkənin milli musiqi nümunələri səsləndirilib, həmin ölkələrin mədəniyyətini əks etdirən rəqs və musiqi kompozisiyaları təqdim olunub.
Bu təşəbbüs iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, xalqlar arasında dostluq, qarşılıqlı hörmət və mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edən əlamətdar addım kimi dəyərləndirilib.
Ganja Şura Haberleri
- 19-06-202612:43 Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

