Test
13 iyun 2026 | 17:42
İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.
 
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
 
Çıxış edən Emin Əmrullayev məzunları təbrik edərək bildirib ki, “Son zəng” məktəb həyatının başa çatması ilə yanaşı, gənclərin həyatında yeni və məsuliyyətli mərhələnin başlanğıcını ifadə edir. Nazir qeyd edib ki, bugünkü məzunlar gələcəyin tələbələri, mütəxəssisləri və ölkənin inkişafına töhfə verəcək vətəndaşlarıdır. O, məzunlara gələcək həyat yollarında düzgün seçimlər etməyi və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməyi arzulayıb.
 
Niyazi Bayramov da çıxışında məzunları təbrik edib, onlara uğurlar arzulayıb və ölkənin inkişafında savadlı, vətənpərvər gənclərin mühüm rol oynadığını vurğulayıb.
 
Tədbirin bədii hissəsində şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub.
 
Sonda məzunlarla xatirə şəkilləri çəkdirilib.
 
Önceki Haber Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
Sonraki Haber Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub

Yorum Yap