Iıı Mdb Oyunları Dünya Mediasında: Azərbaycanın Uğurlu Təşkilatçılığı Təqdir Olunub

Azərbaycanda keçirilən III MDB Oyunlarını Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi də dünya mediasının gündəminə gətirib. Belə ki, bu mötəbər tədbirlə bağlı İctimai Birliyin sədri Fuad Hüseynzadənin “Azərbaycanda III MDB Oyunları: idman, dostluq və qürur bayramı” sərlövhəli məqaləsi Rusiya, Özbəkistan, Qazaxıstan, Küveyt, Ukrayna, Türkiyə və Pakistan saytlarında, eyni zamanda, bu ölkələrin sosial şəbəkə seqmentində dərc olunub.
Məqalələrdə III MDB oyunları haqqında məlumat verilir, hələ davam edən bu yarışın uğurla keçirilməsinin Azərbaycanın yüksək təşkilatçılıq bacarığından irəli gəldiyi qeyd olunur.
Bildirilir ki, sentyabrın 28-də Gəncə şəhərində keçirilən təntənəli açılış mərasimi MDB məkanında həm idman, həm də dostluq və qarşılıqlı anlaşma baxımından əlamətdar hadisəyə çevrilib. Mərasimdə Azərbaycanın milli mədəniyyəti, tarixi və müasir inkişafı müxtəlif musiqi, rəqs və teatr kompozisiyaları vasitəsilə nümayiş etdirilib. Xalq rəqsləri və səhnəciklər tədbirə xüsusi rəng qatıb.
Yazıda III MDB Oyunlarının təkcə idman yarışı kimi deyil, həmçinin mədəniyyətlərarası dialoqun və gənclər arasında dostluğun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır. Qeyd edilir ki, yarışlar yalnız Gəncə ilə məhdudlaşmır, eyni zamanda, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olunur. Bu isə regionlarda idmanın inkişafına və turizmin canlanmasına müsbət təsir göstərir.
Müəllif sonda diqqətə çatdırır ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi bu kimi beynəlxalq tədbirlər, o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 ölkənin yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. III MDB Oyunları isə idmanın sərhədsiz birləşdirici gücünü və mədəni diplomatiyanın əhəmiyyətini bir daha ortaya qoyur.
AZƏRTAC
Ganja Şura Haberleri
- 19-06-202612:43 Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

