Uşaq Hüquqlarının Müdafiəsi Üzrə Regional Təlim Keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2026-cı il üzrə “Tədbirlər Planı”na əsasən, avqustun 28-də Mingəçevir şəhərində “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda regional təlim keçirilib.
Təlimdə Gəncə ilə yanaşı, Mingəçevir, Tovuz, Bərdə və Göygöl şəhər və rayon icra hakimiyyətləri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların məsul katibləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Təlimin əsas məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan şəxslərin bilik və bacarıqlarının artırılması, uşaqyönümlü yanaşmanın gücləndirilməsi, həmçinin uşaqların hüquq və mənafelərinin qorunması zamanı effektiv müdaxilə mexanizmlərinin öyrənilməsi olub.
Tədbir çərçivəsində “Uşaqyönümlü ədalət mühakiməsi”, “Uşaqla hüquq-mühafizə əməkdaşının ünsiyyəti: travma-həssas yanaşma”, “Cinayət prosesində şahid, zərərçəkmiş və təqsirləndirilən yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsi”, “Uşaq hüquqlarının pozulması hallarında risklərin erkən aşkarlanması və uşaqyönümlü müdaxilə strategiyası” mövzularında çıxışlar dinlənilib.
Mövzular üzrə təlimləri Vəkillər Kollegiyasının üzvü, təlimçi-ekspert Rafiq Alışov və psixoloq, təlimçi-ekspert Gülşən Axundova aparıblar.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

