Niyazi Bayramov Müxtəlif İdman Növləri Üzrə Yüksək Nəticələr Göstərən İdmançılarla Görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa və Dünya çempionatlarında müxtəlif idman növləri üzrə yüksək nailiyyətlər əldə edən bir qrup idmançı ilə görüş keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Aparatın məsul əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Elçin Zeynalov, “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Olimpiya çempionu, “Şöhrət” ordenli Ramil Qasımov, “Təhsil” RİM Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, Gəncə İdman Liseyinin direktoru, Əməkdar məşqçi Mehman Allahverdiyev, eləcə də idmançılar və məşqçilər iştirak ediblər.
Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan idmanı sürətlə inkişaf edir və beynəlxalq arenada böyük uğurlar qazanır. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Şəhər rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə Gəncədə yeni İdman Sarayı, həmçinin Gəncə Şəhər Stadionu inşa olunub, digər idman obyektlərində isə mütəmadi olaraq təmir və yenidənqurma işləri aparılır. Yaradılan müasir infrastruktur və əlverişli şərait idmançıların həm ölkədaxili, həm də beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir.
Daha sonra Niyazi Bayramov dünyanın müxtəlif ölkələrində keçirilən Avropa və Dünya çempionatlarında yüksək nəticələr göstərən idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Görüşdə çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.
Tədbirin sonunda bir qrup idmançı Niyazi Bayramov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub və xatirə şəkli çəkdirilib.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

