Niyazi Bayramov Vətəndaşlarla Növbəti Dəfə Səyyar Görüş Keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə İdman Liseyində şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Ganja Şura Haberleri
- 28-09-202616:40 Gəncədə 'turizmdə Əməkdaşlıq Perspektivləri' Mövzusunda İşgüzar Görüş Keçirilib
- 28-09-202614:14 Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

