Niyazi Bayramov Tbilisidə Keçirilən Xvı Regional Dayanıqlı İnkişaf Forumunda İştirak Edir
Forumdan əvvəl Niyazi Bayramov, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə və ölkəni forumda təmsil edən digər rəsmilərlə birgə Tbilisidə yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Qeyd edək ki, forumun əsası 2007-ci ildən Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (LED Forum) kimi qoyulub. Bu platforma şəhərlərin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş gələcəyinin qurulmasına xidmət edən müzakirələrin aparılması, təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hər il keçirilən forum yerli və beynəlxalq məruzəçiləri, müxtəlif sahələr üzrə ekspertləri, bələdiyyə nümayəndələrini və akademik dairələrin təmsilçilərini bir araya gətirərək, dayanıqlı inkişaf sahəsində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.





Ganja Şura Haberleri
- 05-06-202612:57 Gəncədə Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Edir
- 05-06-202612:57 Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin Sədri Və Şəhərin Vitse-meri İlə Görüşüb
- 04-06-202610:22 Niyazi Bayramov Tbilisidə Keçirilən Xvı Regional Dayanıqlı İnkişaf Forumunda İştirak Edir
- 03-06-202618:38 Gəncədə 3 İyun – Dünya Velosiped Gününə Həsr Olunmuş Veloyürüş Keçirilib
- 03-06-202610:08 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib
- 02-06-202611:07 Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
- 01-06-202616:55 Gəncə Şəhərində Valideynlər Üçün Maarifləndirici Tədbir Təşkil Olunub
- 01-06-202615:42 Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 27-05-202622:10 Gəncədə Xalq Artisti Aygün Səmədzadənin Yaradıcılıq Gecəsi Keçirilib
- 27-05-202622:10 Türkiyə Maarif Vəqfinin Nümayəndə Heyəti İlə Görüş Keçirilib

