Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin Sədri Və Şəhərin Vitse-meri İlə Görüşüb
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumu çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin sədri Zurab Abaşidze və Tbilisi şəhərinin vitse-meri Giorgi Tkemaladze ilə rəsmi görüş keçirib.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Niyazi Bayramovla yanaşı, Mingəçevir, Şirvan şəhərlərinin icra hakimiyyətlərinin başçıları, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini iştirak edib.
Səmimi şəraitdə keçən söhbət zamanı şəhərlərin dayanıqlı inkişafı, yerli idarəetmə sahəsində təcrübə mübadiləsi, tarixi-mədəni əlaqələr, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyə təqdim edilib, xatirə şəkli çəkdirilib.

Ganja Şura Haberleri
- 05-06-202612:57 Gəncədə Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Edir
- 05-06-202612:57 Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin Sədri Və Şəhərin Vitse-meri İlə Görüşüb
- 04-06-202610:22 Niyazi Bayramov Tbilisidə Keçirilən Xvı Regional Dayanıqlı İnkişaf Forumunda İştirak Edir
- 03-06-202618:38 Gəncədə 3 İyun – Dünya Velosiped Gününə Həsr Olunmuş Veloyürüş Keçirilib
- 03-06-202610:08 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib
- 02-06-202611:07 Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
- 01-06-202616:55 Gəncə Şəhərində Valideynlər Üçün Maarifləndirici Tədbir Təşkil Olunub
- 01-06-202615:42 Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 27-05-202622:10 Gəncədə Xalq Artisti Aygün Səmədzadənin Yaradıcılıq Gecəsi Keçirilib
- 27-05-202622:10 Türkiyə Maarif Vəqfinin Nümayəndə Heyəti İlə Görüş Keçirilib

