Gəncədə 3 İyun – Dünya Velosiped Gününə Həsr Olunmuş Veloyürüş Keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Velosiped Federasiyasının və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə 3 İyun – Dünya Velosiped Günü münasibətilə veloyürüş baş tutub.
Veloyürüş Heydər Əliyev Park-Kompleksinin ərazisində yerləşən Zəfər Tağının qarşısından start götürərək velosiped zolağı istiqamətində davam edib. İştirakçılar 6 kilometrdən artıq marşrut üzrə hərəkət etdikdən sonra yürüşü yenidən Zəfər Tağının qarşısında başa vurublar.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idman növünün təşviqi və bu sahəyə marağın artırılması olub.
3 İyun – Dünya Velosiped Gününə həsr olunan veloyürüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə şəraitində keçib.











Ganja Şura Haberleri
- 03-06-202618:38 Gəncədə 3 İyun – Dünya Velosiped Gününə Həsr Olunmuş Veloyürüş Keçirilib
- 03-06-202610:08 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib
- 02-06-202611:07 Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
- 01-06-202616:55 Gəncə Şəhərində Valideynlər Üçün Maarifləndirici Tədbir Təşkil Olunub
- 01-06-202615:42 Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 27-05-202622:10 Gəncədə Xalq Artisti Aygün Səmədzadənin Yaradıcılıq Gecəsi Keçirilib
- 27-05-202622:10 Türkiyə Maarif Vəqfinin Nümayəndə Heyəti İlə Görüş Keçirilib
- 26-05-202612:09 Gəncədə Türk Mətbəxi Həftəsi Çərçivəsində 'bir Süfrədə Miras' Tədbiri Keçirilib
- 26-05-202612:09 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 22-05-202617:57 İcra Başçısının Müavini Qomel Vilayətinin Qubernatoru İlə Görüşüb

