Niyazi Bayramov Şəhərdə Yenidənqurma İşləri Aparılan Bir Sıra Ərazilərə Baxış Keçirib
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə "Nizaminin evi" kimi tanınan kinopavilyonda aparılan əsaslı təmir-bərpa işlərinə baxış keçirib.
Məlumat verilib ki, 1982-ci ildə çəkilmiş “Nizami” bədii filmi üçün xüsusi kinopavilyon kimi inşa olunmuş bu məkanda hazırda “Bakı Abadlıq Xidməti” MMC tərəfindən yenidənqurma işləri aparılır. Burada rejissor Elxan Cəfərovun ekranlaşdırdığı "Memar Əcəmi" bədii filminin bir sıra interyer səhnələrinin lentə alınması nəzərdə tutulur.
Bildirilib ki, təmir-bərpa işləri çərçivəsində dam örtüyü, interyer, divarlar və digər konstruktiv elementlər yenilənir, XII əsr dövrünün memarlıq və məişət mühitini əks etdirən tarixi ab-hava yaradılır. Qeyd olunub ki, "Nizaminin evi" yalnız tarixi dekorasiya deyil, həm də peşəkar kino çəkilişləri üçün xüsusi layihələndirilmiş kinopavilyondur. Yenilənən məkanın gələcəkdə orta əsrlər dövrünü əks etdirən tarixi və bədii filmlərin çəkilişi üçün yaradıcı platforma kimi istifadəsi nəzərdə tutulur.
Niyazi Bayramov görülən işlərlə tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Şəhər rəhbəri daha sonra Gəncə Memorial Kompleksinin ərazisində aparılan təmizlik işləri ilə tanış olub. Əraziyə baxış zamanı yaşıllıq zolaqlarının mütəmadi suvarılmasının nəzarətdə saxlanılması və yaşıllıqlara düzgün aqrotexniki qulluq göstərilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib. Bununla yanaşı, Niyazi Bayramov şəhərin bir sıra ərazilərində yerləşən yaşıllıq zolaqlarında aparılan yaşıllaşdırma işləri ilə də tanış olub.
Qeyd edək ki, Gəncə şəhərində həyata keçirilən təmir-bərpa, yenidənqurma və abadlıq işləri daim şəhər rəhbərliyinin nəzarətində saxlanılır.

Ganja Şura Haberleri
- 28-09-202616:40 Gəncədə 'turizmdə Əməkdaşlıq Perspektivləri' Mövzusunda İşgüzar Görüş Keçirilib
- 28-09-202614:14 Gəncə Ağsaqqallar Şurasının İllik Hesabat Yığıncağı Keçirilib
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

