Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
20 avqust 2026 | 10:42

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin ailələri ilə görüşüb və Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarətdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Şəhər rəhbəri şəhid ailələri ilə birlikdə Əbədi Məşəl abidəsinin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsinə ehtiramını ifadə edib.
Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bu kateqoriyadan olan vətəndaşların sosial rifahının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və onlar daim diqqət mərkəzində saxlanılır.
Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təltif edilməsi ilə bağlı Sərəncam imzalanıb. Sərəncama əsasən, Gəncə şəhərindən Nağıyev Əli Elşən oğlu və Muxtarov Sərxan İlqar oğlu da təltif olunanlar arasında yer alıblar. Ümumilikdə isə Gəncə şəhərindən olan 65 şəhid hərbi qulluqçunun müxtəlif illərdə ordenlərlə təltif edildiyi diqqətə çatdırılıb.
Şəhid ailələrinin üzvləri də öz növbələrində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

