Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) İnzibati işlər və təsərrüfat şöbəsinə gətirilən yeni texnikalara baxış keçirib.
Şəhər rəhbərinə məlumat verilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Bərk məişət tullantılarının idarə olunması” layihəsi üzrə satın alınması nəzərdə tutulan 34 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsindən 3-ü üzrə tender müsabiqəsi artıq yekunlaşıb.
Təchizatçı şirkət tərəfindən 1 ədəd kompaktor, 1 ədəd buldozer və 1 ədəd ekskavator MKTİB-ə təhvil verilib.
Niyazi Bayramov təqdim olunan texnikalara yerində baxış keçirib, onların texniki imkanları ilə tanış olub. Şəhər rəhbəri yeni texnikaların şəhərin kommunal təsərrüfatında səmərəli və təyinatı üzrə istifadəsinin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

