İcra Başçısı Növbəti Dəfə Səyyar Qəbul Keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 24 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Səyyar qəbul zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

