Gəncənin Nümayəndə Heyəti Qomelin Daha Bir Neçə Aparıcı Müəssisəsində Olub

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov Belarus Respublikasının Qomel şəhərində səfərdədirlər.
Nümayəndə heyəti Qomel şəhərinin yaranmasının 884-cü ildönümü münasibətilə keçirilən “Qomel Şəhər Günü” tədbirlərində iştirak etmək məqsədilə Belarusun bu şəhərinə səfər edib.
Səfər çərçivəsində Adil Tağıyev və Kamran Nəzərov şəhərin daha bir neçə aparıcı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Belə ki, onlar metal emalı dəzgahları istehsal edən “StankoGomel” ASC-yə baş çəkiblər. Qonaqlara müəssisənin istehsal imkanları və məhsul çeşidləri barədə məlumat verilib. Bildirilib ki, 1885-ci ildə əsası qoyulan müəssisədə müasir CNC dəzgahları, emal mərkəzləri və digər avadanlıqlar istehsal olunur. Məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara, o cümlədən Rusiya, Qərbi Avropa, Yaxın Şərq və digər regionlara ixrac edilir. Burada hazırda 580 işçi çalışır.
Daha sonra nümayəndə heyəti 1919-cu ildən fəaliyyət göstərən “Komintern” ASC-də olub. Burada müəssisənin istehsal fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, 1200 nəfərin çalışdığı müəssisədə kişi, qadın və uşaq geyimləri, o cümlədən kostyum, pencək, şalvar və palto kimi klassik və işgüzar geyimlər istehsal olunur.
Səfər zamanı Gəncə nümayəndə heyəti müəssisələrin istehsal sahələrinə baxış keçirib, texnoloji proseslərlə tanış olub və qarşılıqlı təcrübə mübadiləsi imkanlarını müzakirə edib.




Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

