Gəncədə Türkiyənin 30 Avqust – Zəfər Bayramı Günü Münasibətilə Tədbir Keçirilib

Türkiyənin Gəncədəki Baş Konsulluğunda 30 Avqust – Zəfər Bayramı Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Qafqaz İslam Ordusunun xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Recep Öztop çıxış edərək, Türkiyə Respublikasının müstəqilliyi və suverenliyi uğrunda qazanılmış tarixi Zəfərdən danışıb. O, 30 Avqust – Zəfər Bayramının türk xalqının milli iradəsini, birlik və həmrəyliyini, Vətənə və dövlətə bağlılığını nümayiş etdirən mühüm tarixi hadisə olduğunu vurğulayıb. Baş konsul Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq bağlarının, qarşılıqlı həmrəylik və strateji tərəfdaşlığın hər iki ölkə üçün mühüm dəyər daşıdığını da qeyd edib.
Adil Tağıyev çıxışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 30 Avqust – Zəfər Bayramı Türkiyə xalqı ilə yanaşı, Azərbaycan xalqı üçün də böyük qürur mənbəyidir. O, iki qardaş ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Çıxışlardan sonra 30 Avqust – Zəfər Bayramı Gününə həsr olunmuş tarixi-sənədli film nümayiş etdirilib.
Ganja Şura Haberleri
- 27-09-202616:19 Gəncə Memorial Kompleksi Ziyarət Olunub
- 27-09-202615:06 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ağacəkmə Aksiyası Keçirilib
- 27-09-202613:54 Gəncədə 27 Sentyabr – Anım Günü İlə Bağlı Ümumşəhər Tədbiri Keçirilib
- 25-09-202614:24 Gəncədə Çukurova Dövlət Simfonik Orkestri Və Niyazi Adına Dövlət Simfonik Orkestrinin Birgə Konserti Keçirilib
- 24-09-202614:02 Gəncədə Erkən Yaşda Hamiləlik Və Ev Doğuşlarının Qarşısının Alınması İlə Bağlı Maarifləndirici Tədbir Keçirilib
- 22-09-202614:28 Gəncə Şəhər İcra Hakimiyyətidə 'mülkiyyət Hüququnun Qorunması Və Avropa Konvensiyası' Mövzusunda Təlim Keçirilib
- 21-09-202616:09 Ada Universitetinin Müəllim Və Tələbələri 'o Olmasın, Bu Olsun' Operettasını Gəncədə Təqdim Ediblər
- 21-09-202616:09 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
- 18-09-202614:57 Vətən Müharibəsi Şəhidi Elnur Məmmədovun Atası Vəfat Edib
- 18-09-202612:30 Gəncədə Milli Musiqi Gününə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

