Gəncədə Qanunsuz Küçə Ticarətinə Qarşı Reydlər Davam Edir

Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə şəhər ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə komissiya yaradılıb ve "İşçi qrupları" fəaliyyətə başlayıb. "İşçi qrupları" tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.
Bu dəfə "İşçi qrupu"nun üzvləri şəhərin H.Əliyev ve Atatürk prospektlərində, o cümlədən Cavadxan küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.
Aparılan izahedici söhbətlərə ve edilən ilkin xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində Azərbaycan Respublikasının "İnzibati xətalar məcəlləsinin" 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilmiş, səki ve yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub.
Qeyd edək ki, reydlər mütəmadi olaraq davam etdirilir.
Ganja Şura Haberleri
- 19-06-202612:43 Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

