Gəncədə 'polşa Azərbaycanlı Rəssamların Gözü İlə' Adlı Sərgi Təşkil Olunub
Gəncədə Polşanın Azərbaycandakı Səfirliyi, Arts Council Azerbaijan QHT və “Ganja Mall”ın birgə təşkilatçılığı ilə “Polşa Azərbaycanlı rəssamların gözü ilə” adlı sərgi keçirilib. Tədbir Polşa və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edərək Bakı və Gəncədən olan rəssamları vahid yaradıcılıq mühitində bir araya gətirib.
Açılış mərasimindən əvvəl rəssamların iş prosesinin ictimaiyyət üçün açıq şəkildə nümayiş olunması qonaqlara yaradıcılıq prosesini yaxından izləmək, suallar vermək və rəssamlarla ünsiyyətdə olmaq imkanı yaradıb.
Sözügedən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Polşanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, Türkiyənin Gəncədəki Baş konsulu, “Ganja Mall”ın rəhbəri, layihə rəhbəri və mədəniyyət xadimi, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Rəsmi qonaqlar nümayiş olunan əsərlərlə tanış olub, rəssamlarla söhbət edərək beynəlxalq mədəni layihələrin regionların və yaradıcı gəncliyin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Daha sonra sərginin açılışı baş tutub. Ekspozisiyada Bakı və Gəncəni təmsil edən istedadlı gənc rəssamların əsərləri təqdim olunub. Çıxış edən rəssamlar bu kimi təşəbbüslərin şəhərin yaradıcı mühitinin inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, sərginin əsas məqsədi gənclərin incəsənətə marağını artırmaq və azərbaycanlı rəssamların yaradıcılığını geniş auditoriyaya çatdırmaqdır.
Qeyd edək ki, “Polşa Azərbaycanlı rəssamların gözü ilə” sərgisi “Ganja Mall”da fəaliyyətini davam etdirir və ziyarətçilərə Azərbaycan rəssamlarının Polşa mədəniyyətinə, onun vizual obrazlarına müasir baxışını görmək imkanı təqdim edir.















Ganja Şura Haberleri
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib

