Gəncədə 3 Dekabr – Beynəlxalq Əlillər Günü Münasibətilə Tədbir Keçirilib
YAP Gəncə şəhər təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və “Fərəh” Sosial Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Əngəlsiz xəyallarda rəngli dünyam” adlı tədbir baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardından Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva və “Fərəh” Sosial Təşəbbüs Qrupunun rəhbəri İlqar Hümbətov çıxış ediblər. Natiqlər öz çıxışlarında 3 Dekabr – Beynəlxalq Əlillər Gününün sosial həssas qruplara diqqətin artırılması, onların həyatına müsbət təsir edən təşəbbüslərə dəstəyin göstərilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirin bədii hissəsində “İçimdəki Mübarizə” adlı səhnəcik nümayiş olunub. Daha sonra gənclərin ifaları və rəqs nömrələri iştirakçılara həm emosional, həm də motivasiya dolu anlar yaşadıb. Bu təqdimatlar bir daha göstərib ki, məhdudiyyət insanın yaratmaq, hiss etmək və özünü ifadə etmək gücünə mane ola bilmir. Psixoloq və yazıçı İlqar Kamilin çıxışı da böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirin məqsədi sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətdəki rolunu, onların istedadını, iradəsini və həyatdakı görünməyən güclərini önə çəkmək, həmçinin inklüzivliyin vacibliyini bir daha diqqətə çatdırmaqdır.











Ganja Şura Haberleri
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib

