Gəncədə 'müstəqil Dövlətlər Birliyinin İştirakçısı Olan Dövlətlərin Bədən Tərbiyəsi Və İdman Sahəsində Əməkdaşlığı Haqqında Saziş' İştirakçılarının Bədən Tərbiyəsi Və İdman Şurasının İclası Keçirilib
İclasdan əvvəl rəsmilər Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Gəncə Memorial Kompleksini ziyarət ediblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb. Nazir vurğulayıb ki, Azərbaycanda yalnız peşəkar idmançılar üçün deyil, bütün vətəndaşların idmanla məşğul olması üçün geniş imkanlar yaradılıb. Azərbaycanın istənilən çoxnövlü idman yarışını yüksək səviyyədə keçirmək potensialı mövcuddur. İdman artıq təkcə paytaxt Bakıda deyil, regionlarda da insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Dövlət dəstəyi ilə ölkənin bütün bölgələrində Olimpiya idman kompleksləri, stadionlar və digər iri idman qurğuları inşa olunub və bu proses bu gün də davam edir. MDB Oyunlarının açılış mərasiminin keçirildiyi Gəncə Stadionu, eləcə də boks yarışlarına ev sahibliyi edən Yevlax Olimpiya İdman Kompleksi yaxın günlərdə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər.
İclasda 2025-ci ildə III MDB Oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib. Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB Oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.

Ganja Şura Haberleri
- 19-06-202612:43 Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

