Gəncədə 'konstitusiya Və Suverenlik İli' Çərçivəsində 'azərbaycanın Müstəqillik Salnaməsi: Suverenliyə Aparan Yol' Mövzusunda Regional Konfrans Təşkil Olunub
Ağsaqqallar Şurası tərəfindən təşkil olunan tədbirdə Şuranın sədr müavini Bayram Yusifov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Qərb bölgəsinin ağsaqqalları, ziyalılar, şəhid ailələri, müharibə iştirakçıları və tələbələr iştirak ediblər.
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Rektor Zəfər Qurbanov çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışaraq, müstəqilliyin qorunması və gənclərlə ağsaqqalların vəhdətinin önəmini vurğulayıb.
Regional konfransda çıxış edən natiqlər – Yadigar Bədəlov, Yiğit Yalın Soyal, Nurəddin Məmmədov, Mehman Rzayev, Bilal Məmmədov, Cavanşir Qocayev, Eyvaz Hüseynov və digərləri Azərbaycanın müstəqillik yolundan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən bəhs ediblər.
Tədbirdə GDU-nun professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “Prezident İlham Əliyev – müstəqilliyimizin və suverenliyimizin təminatçısıdır” mövzusunda məruzəsi dinlənilib.
Bayram Yusifov çıxışında müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin regionda və dünyada güclü dövlətə çevrildiyini vurğulayıb.
Konfrans çərçivəsində Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Həmçinin Zabit Xəlilov və Cəmaləddin Rzayev fəxri fərmanlarla mükafatlandırılıblar.
Tədbir iştirakçıları sonda Gəncə Memorial Kompleksini ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Xilasetmə briqadasının (N saylı hərbi hissə) təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının və Gəncə şəhər Mərkəzi Kitabxanasının dəstəyi ilə “Dövlət Müstəqilliyimiz – əbədidir” mövzusunda maarifləndirici tədbir keçirilib.












Ganja Şura Haberleri
- 19-06-202612:43 Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

