Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü Qeyd Olunub
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə universitet rəhbərliyi və qonaqlar Şəhidlər Xatirə Kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla başlayıb.
Universitetin rektoru Zəfər Qurbanov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qüdrətinin təntənəsidir. “Bu Qələbə gələcək nəsillər üçün qürur mənbəyi olacaq. ADAU kollektivi şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizlə fəxr edir,” – deyə rektor vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal və Vətən Övladları Qazilər və Veteranlar İctimai Birliyinin sədri Mehdi Kərimov çıxışlarında Zəfər Gününün xalqımızın qəhrəmanlığının və qardaşlıq birliyinin simvolu olduğunu qeyd ediblər.
Tədbirdə şəhid ailələri, qazilər, tələbələr və müəllimlər çıxış edərək Zəfərin əhəmiyyətindən, şəhidlərin və döyüşçülərin qəhrəmanlığından danışıblar.
Sonda universitet tələbələrinin hazırladığı bədii proqram nümayiş olunub. “Xarıbülbül” rəqs qrupu, “Sound Nest” vokal qrupu və tələbə ifaçıların təqdimatında vətənpərvərlik ruhunda mahnı və kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Ganja Şura Haberleri
- 19-06-202612:43 Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib

