Niyazi Bayramov Şəhid Atasını Ziyarət Edib
44 günlük Vətən müharibəsi zamanı şəhid olan Elşad Fərəcullayevin atası İsa Fərəcullayevin səhhətində yaranan problemlə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə o, Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.
Niyazi Bayramov bu gün şəhidimizin atasını ziyarət edib, onun səhhəti ilə maraqlanıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib və şəhidin atasına Allahdan şəfa diləyib.
Şəhər rəhbəri eyni zamanda sözügedən xəstəxanada müalicə alan şəhid ailələri və müharibə iştirakçıları ilə də görüşüb.
Qeyd edək ki, Fərəcullayev Elşad İsa oğlu 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Elşad Fərəcullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.




Ganja Şura Haberleri
- 03-06-202618:38 Gəncədə 3 İyun – Dünya Velosiped Gününə Həsr Olunmuş Veloyürüş Keçirilib
- 03-06-202610:08 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib
- 02-06-202611:07 Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
- 01-06-202616:55 Gəncə Şəhərində Valideynlər Üçün Maarifləndirici Tədbir Təşkil Olunub
- 01-06-202615:42 Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 27-05-202622:10 Gəncədə Xalq Artisti Aygün Səmədzadənin Yaradıcılıq Gecəsi Keçirilib
- 27-05-202622:10 Türkiyə Maarif Vəqfinin Nümayəndə Heyəti İlə Görüş Keçirilib
- 26-05-202612:09 Gəncədə Türk Mətbəxi Həftəsi Çərçivəsində 'bir Süfrədə Miras' Tədbiri Keçirilib
- 26-05-202612:09 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 22-05-202617:57 İcra Başçısının Müavini Qomel Vilayətinin Qubernatoru İlə Görüşüb

