Niyazi Bayramov Şəhid Anası Rəfiqə Süleymanovanı Ziyarət Edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Rəşad Fərəməz oğlunun anası Rəfiqə Süleymanovanı səhhətində yaranmış problemlə əlaqədar olaraq evində ziyarət edib. Görüşdə şəhid atası Miryunis Seyidzadə, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Başçı şəhid anasının səhhəti ilə maraqlanıb, ona şəfa diləyib. Şəhər rəhbəri Rəfiqə Süleymanovaya müvafiq köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Rəfiqə Süleymanova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. O, 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəhid Rəşad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.



Ganja Şura Haberleri
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib

