Niyazi Bayramov Polşanın Azərbaycandakı Səfiri İlə Görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüş keçirib.
Görüş zamanı Gəncə şəhərinin tarixi, mədəni, sənaye və iqtisadi potensialı barədə ətraflı məlumat verilib. Şəhər rəhbəri bildirib ki, Gəncədə 3 universitet, 3 kollec və bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. O, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “AzərAlüminium” ASC, “Gəncə Şərab–2” və digər müəssisələr barədə məlumat verib.
Bununla yanaşı, şəhərin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı, 2019-cu ildə isə Avropanın İdman Şəhəri seçildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, bu il Gəncə III MDB Oyunları çərçivəsində bir sıra yarışlara ev sahibliyi edib və bu tədbirlər şəhərin beynəlxalq imicinin güclənməsinə mühüm töhfə verib. Şəhərdə fəaliyyət göstərən mədəniyyət ocaqları barədə də ətraflı məlumat təqdim olunub. Həmçinin bildirilib ki, Gəncə Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Şəhərlər” proqramına qoşulub.
Səfir Pavel Radomski səmimi qəbula görə təşəkkür edib və Gəncə şəhərindəki sənaye müəssisələri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O, səfər çərçivəsində “Polşa Azərbaycanlı rəssamlarının gözü ilə” adlı sərginin də təşkil olunduğunu qeyd edib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Ganja Şura Haberleri
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib

