Niyazi Bayramov 10 Nömrəli Tam Orta Məktəbdə Vətəndaşlarla Görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüşünü M.Hadi adına 10 nömrəli tam orta məktəbdə keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər təhsil müəssisənin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Vətəndaşların müraciətlərini dinləyən şəhər rəhbəri işlə təminat, maddi yardımın göstərilməsi, ara küçələrin asfaltlanması və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib. Şəhər rəhbəri səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.











Ganja Şura Haberleri
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib

