Gəncədə 'ailədaxili Münaqişələr Və Münaqişəli Ailələrlə Bağlı Görülən Tədbirlər' Mövzusunda Konfrans Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində növbəti tədbir baş tutub.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvü” Xalidə Mete, ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik idarəsinin profilaktika şöbəsinin inspektoru, polis baş leytenantı Yusif Yusifov, Kəpəz bələdiyyəsinin Gender komissiyasının sədri Günay Filmanova, 29 nömrəli tam orta məktəbin psixoloqu Fatimə Yusifova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və universitetin müəllim heyəti iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək davam edir. Bu müddət ərzində müxtəlif formatlarda tədbirlər təşkil olunur və dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı çağırışlar edilir.
Daha sonra “Ailədaxili münaqişələr və məişət zorakılığı ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlər və onların həlli istiqamətində görülən tədbirlər. Ailə dəyərləri. Fərqli yanaşmalar”, “Risk qrupuna daxil olan uşaqlar və onların ailələri ilə bağlı aparılan işlər”, “Hüquq mühafizə orqanlarında qeydiyyatda olan münaqişəli ailələrlə bağlı həyata keçirilən tədbirlər” və digər mövzularda çıxışlar dinlənilib.
Konfransda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir münaqişəli ailələr üçün nəzərdə tutulub.









Ganja Şura Haberleri
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib

